Oktyabrın 10-11-də Rusiyanın Vladiqafqaz şəhərində olimpiya çempionu David Musulbesin şərəfinə sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib.

Offsideplus.az xəbər verir ki, 16 yaşadək (U15) pəhləvanların mübarizə apardığı ənənəvi yarışda 15 ölkədən 300-dən çox idmançı xalça üzərinə çıxıb.

U15 milli komandamızın böyük məşqçisi Emin Əzizov və məşqçi Elşad Allahverdiyevin rəhbərliyi altında turnirə qatılan təmsilçilərimizdən ikisi fəxri kürsünün ən yüksek pilləsinə qalxıb:

Elvin Necəfzadə (85 kq) – Avropa çempionu bütün rəqiblərinə tam üstünlüklə qalib gələrək qızıl medal qazanıb.

Cavanşir Süleymanov (44 kq) – Avropa mükafatçısı analoji uğuru təkrar edərək turnirin çempionu olub.

Qeyd edək ki, beynəlxalq turnirdə ölkəmizi III dərəcəli beynəlxalq hakim Nihad Muradov təmsil edib və ədaləti qoruyan referilər arasında yer alıb.