"Barselona"nın baş məşqçisi Hansi Flik rəhbərlikdən transfer tələb edib.

Offsideplus.az xəbər verir ki, o, "Tottenhem"in 27 yaşlı ispaniyalı sağ cinah müdafiəçisi Pedro Porronu komandanın transfer siyahısında birinci sıraya qoyub.

Almaniyalı mütəxəssis hücumameyilli müdafiəçinin sağ cinahda Lamin Yamal ilə ideal tandem yaradacağını düşünür və rəhbərlikdən daha aşağı səviyyəli alternatvlara yönəlməməyi tələb edir.

  • €50M satış şərti: Klubun idman direktoru Deko bu transfer üçün rəsmi təklif göndərmədən öncə "Barselona" heyətdəki əsas futbolçulardan birini sataraq təxminən 50 milyon avro gəlir əldə etməlidir.

  • Hansi Flikin prinsipi: Flik sağ müdafiə mövqeyini uzunmüddətli olaraq elit səviyyəli oyunçu ilə gücləndirmək niyyətindədir. O, Porronun həm müdafiə, həm də hücuma qoşulma keyfiyyətlərini yüksək qiymətləndirir.

  • "Tottenhem"in mövqeyi: London təmsilçisi İspaniya milli komandasının da üzvü olan Porronu asanlıqla buraxmaq niyyətində deyil və ciddi transfer haqqı tələb edəcəyi gözlənilir.