Yay transfer pəncərəsində 123 milyon funt-sterlinq qarşılığında PSJ-dən "Liverpul"a transfer olunan fransalı vinger Bredi Barkola İngiltərə Premer Liqasının fiziki və taktik fərqlilikləri haqqında danışıb.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı hücumçu Liqa 1 ilə müqayisədə Premer Liqada oyunun daha sürətli və davamlı qaçışlar tələb etdiyini vurğulayıb.
"Liqa 1 çox fiziki liqadır, lakin burada qaçış tələbləri daha da yüksəkdir. Oyun bir qapıdan digər qapıya çox sürətlə keçir. İntensivlik inanılmaz dərəcədə yüksəkdir, amma məhz buna görə buraya gəldim. Bu, mənim üçün tamamilə yeni bir çağırışdır."


