UFC-nin keçmiş çempionu Xamzat Çimayev Qroznıda Çarls Oliveyra ilə birgə fotosunu paylaşıb.
Offsideplus.az xəbər verir ki, Oliveyra növbəti döyüşünü 13 dekabrda UFC 335-də Dieqo Lopesə qarşı BMF kəməri uğrunda keçirəcək. Hazırda Çimayevin qarşıdakı döyüşü barədə rəsmi məlumat yoxdur.
Çimayev Şon Striklendin zədələri ilə bağlı fikirlərini də bölüşüb: "Belə hallar hər birimizin başına gələ bilər. Kişi ol, şikayət etmə".


