Azərbaycan klubları indiyədək Çexiya təmsilçiləri ilə avrokuboklarda 12 dəfə qarşılaşıb. Bu oyunlarda komandalarımız qələbə qazana bilməyib. İndi isə “Sabah” uğursuz seriyaya son qoymağa çalışacaq.

Offsideplus.az xəbər verir ki, “Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda Çexiyanın “Slaviya” klubu ilə qarşılaşacaq. Bakı təmsilçisi bu görüşdə qələbə qazanacağı təqdirdə Azərbaycan klublarının Çexiya komandalarına qarşı ilk qalibiyyətinə imza atacaq.

İki ölkə klublarının avrokuboklardakı rəqabəti 1997-ci ildən başlayır. Bu müddətdə “Qarabağ”, “Şəmkir” və “Karvan” Çexiya təmsilçiləri ilə üz-üzə gəlib. “Şəmkir” “Slaviya” ilə hər iki oyunda məğlub olub. “Karvan” isə Praqa təmsilçisi ilə səfər matçında qolsuz heç-heçə edib.

Azərbaycan klubları arasında çexlərlə ən çox qarşılaşan komanda “Qarabağ”dır. Ağdam təmsilçisi “Yablonets”, “Viktoriya Plzen” və “Slovan Liberec”lə qarşılaşıb. Lakin bu oyunların heç birində qalib gələ bilməyib. “Qarabağ”ın aktivində cəmi 3 heç-heçə var.

İndiyədək Çexiya klubları ilə qarşılaşmalarda Azərbaycan təmsilçiləri mərhələ adlamaq da bacarmayıblar. “Slaviya” vaxtilə həm “Şəmkir”, həm də “Karvan”ı mübarizədən kənarlaşdırıb.

İndi bu uğursuz ənənəni dəyişmək “Sabah”ın qarşısında duran əsas vəzifələrdən biridir. Bakı klubu “Slaviya” ilə görüşdə həm ilk qələbəni qazanmağa, həm də Azərbaycan futbolu adına yeni səhifə açmağa çalışacaq.

Azərbaycan klublarının Çexiya təmsilçiləri ilə oyunları:

23.07.1997 — “Yablonets” 5:0 “Qarabağ”

30.07.1997 — “Qarabağ” 0:3 “Yablonets”

26.07.2000 — “Slaviya” 1:0 “Şəmkir”

02.08.2000 — “Şəmkir” 1:4 “Slaviya”

10.08.2006 — “Karvan” 0:2 “Slaviya”

24.08.2006 — “Slaviya” 0:0 “Karvan”

26.07.2016 — “Viktoriya Plzen” 0:0 “Qarabağ”

02.08.2016 — “Qarabağ” 1:1 “Viktoriya Plzen”

15.09.2016 — “Qarabağ” 2:2 “Slovan Liberec”

24.11.2016 — “Slovan Liberec” 3:0 “Qarabağ”

17.08.2022 — “Qarabağ” 0:0 “Viktoriya Plzen”

23.08.2022 — “Viktoriya Plzen” 2:1 “Qarabağ”