Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz hücumçusu Kriştianu Ronaldo əzəli rəqibi Lionel Messi ilə münasibətlərindən danışıb.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı hücumçu argentinalı ulduzla illər boyu davam edən rəqabəti Formula 1 əfsanələri Ayrton Senna və Alen Prostun mübarizəsinə bənzədib:

"Messi ilə 15 il boyunca mükafatlandırma mərasimlərində eyni səhnəni paylaşdıq və hər zaman çox yaxşı yola getdik. Hətta bir-iki dəfə ingiliscə deyilənləri ona mənim tərcümə etdiyim vaxtlar da olub (gülür). O da mənə qarşı hər zaman yaxşı davranıb. Bizimkisi Senna və Prost rəqabəti kimi sağlam bir mübarizə idi. Bir-birimizi daim motivasiya edirdik".

Qeyd edək ki, karyeraları ərzində ümumilikdə 13 "Qızıl top" qazanan ulduzlardan Lionel Messinin hesabında 8, Kriştianu Ronaldonun aktivində isə 5 mükafat var.