Lionel Messi gələcəyin ən perspektivli gənc ulduzlarının yer aldığı xüsusi siyahısını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, idman brendlərindən birinin layihəsi çərçivəsində hazırlanan 10 nəfərlik siyahıda Türkiyə milli komandasının üzvü Can Uzun da yer alıb.
39 yaşlı Messinin tərtib etdiyi siyahıda Türkiyəni təmsil edən yeganə futbolcu Can Uzun olub. Argentinalı ulduz gənc hücumameyilli yarımmüdafiəçini dünya futbolunun gələcəkdə önə çıxacaq əsas simalarından biri kimi göstərib.
Messinin siyahısında Can Uzunla yanaşı Klo Sarvi ("Çelsi"), Xilberto Mora ("Tixuana"), Jovanna Vaksman ("Lion"), Xesus Rodriges ("Komo"), Kes Smit ('Alkmaar"), Lotta Vrede ("Hamburq"),, Maks Douman ("Arsenal"), Tomas Aranda ("Boka Xuniors") və Zeyvier Qozo ("Kristal Palas") kimi gənc istedadlar da yer alıblar.
Qeyd edək ki, Klo Sarvi, Jovanna Vaksman və Lotta Vrede qadın futbolçulardır.


