"Kəpəz" Azərbaycan çempionatlarının yüksək dəstəsində yubiley – 300-cü qələbəsini qazanıb.
Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisinin bu uğuru Misli Premyer Liqasının VII turuna təsadüf edib.
Səfərdə "Araz-Naxçıvan"ı 2:0 hesabı ilə üstələyən "sarı-göylər" ölkə çempionatlarında 300-cü dəfə meydandan qalib ayrılıblar.
Bu göstəriciyə 721-ci matçında çatan "Kəpəz" (194 ev, 102 səfər, 4 neytral meydan) Azərbaycan çempionatları tarixində 300 və daha çox qələbə qazanan 4-cü komanda olub.
Qeyd edək ki, qərb təmsilçisi ilk qələbəsini 1992-ci il mayın 3-də "Turan"a qarşı keçirdiyi ev matçında (2:1) əldə edib.


