Sərbəst güləş üzrə Azərbaycan milli komandası Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb.
Offsideplus.az xəbər verir ki, oktyabrın 11-dən start götürən hazırlıq prosesi iki həftə davam edəcək.
Milli komanda baş məşqçi Xetaq Qazyumov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında 24 oktyabr – 1 noyabr tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçiriləcək dünya çempionatına hazırlaşır. Toplanışda əsas diqqət taktika, texnika, fiziki güc və dözümlülüyün artırılmasına yönəldilib.
Hazırlıq prosesinə əsas heyətlə yanaşı, sparrinq keyfiyyətini artırmaq məqsədilə U20 millisinin 12 üzvü də cəlb olunub.
Qeyd edək ki, mundialda sərbəst güləş üzrə yarışlar oktyabrın 29-dan noyabrın 1-dək keçiriləcək.


