Oktyabrın 12–18-də ABŞ-nin Las Veqas şəhərində keçiriləcək U-23 dünya çempionatında Azərbaycanı 23 güləşçi təmsil edəcək.

Offsideplus.az xəbər verir ki, yarışın ilk günlərində yunan-roma güləşçilərimiz xalça üzərinə çıxacaq. Nurəddin Rəcəbov, Rövşən Bayramov və Sabah Şəriətin başçılıq etdiyi heyətdə Fərid Sadıxlı (55 kq), Elmir Əliyev (60 kq), Ayxan Cavadov (63 kq), Məhəmməd Şükürzadə (67 kq), Fərid Xəlilov (72 kq), Ruslan Nurullayev (77 kq), Elmin Əliyev (82 kq), Orxan Hacıyev (87 kq), İsmayıl Rzayev (97 kq) və Məzaim Mərdanov (130 kq) yer alıb.

Ardınca Toğrul Əsgərovun rəhbərliyi ilə qadınlardan ibarət millimizdə Nərgiz Səmədova (53 kq), Gültəkin Şirinova (55 kq) və Günay Qurbanova (59 kq) qüvvəsini sınayacaq.

Sonda isə Cəbrayıl Həsənov, Taymuraz Salkazanov və Şərif Şərifovun məşqçiliyi altında sərbəst güləşçilər – Vasif Bağırov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Elcan İsmayılzadə (79 kq), Səbuhi Əmiraslanov (86 kq), Anar Cəfərli (92 kq), Zəfər Əliyev (97 kq) və Xetaq Karsanov (125 kq) çempionluq uğrunda mübarizə aparacaqlar.

Görüşlərin gündüz seansı Bakı vaxtı ilə 21:30-da, axşam seansı isə 04:45-də başlayacaq.

Çempionatda ölkəmizi hakimlər Bəşir İsazadə və Əli Babayev təmsil edəcəklər.