Maurisio Poçettinonun həyat yoldaşı Karina Poçettino ilk dəfə açıqlama verərək ərinin “Mançester Yunayted”ə baş məşqçi təyin olunmasına qarşı çıxdığını bildirib.
Offsideplus.az xəbər verir ki, o, Maurisionu bu təklifi qəbul etməməyə çağırdığını, klubda böyük təzyiqin, zəhərli mühitin və ailələrinin şəxsi həyatına mənfi təsir göstərə biləcək çətinliklərin olacağını əvvəlcədən söylədiyini açıqlayıb.
Karina Poçettino hazırda tənqidlərin hədəfində olan həyat yoldaşını müdafiə edərək “Mançester Yunayted” futbolçularını məsuliyyətdən yayınmaqda ittiham edib.
“Futbolçular hər dəfə baş məşqçinin arxasında gizlənirlər”, – deyə o bildirib.
Karina Poçettino vurğulayıb ki, klubda baş verən bütün problemlərə görə Maurisionun günah keçisi seçilməsi düzgün deyil.


