"Qolden Steyt Uorriorz"un basketbolçusu Draymond Qrin "Boston Seltiks"lə oyuna uğurlu start verib.
Offsideplus.az xəbər verir ki, təcrübəli forvard ilk hissədə cəhd etdiyi 4 üçxallıq atışdan 3-nü dəqiq yerinə yetirib.
Onun üçüncü dəqiq uzaq məsafəli atışından sonra zədə səbəbindən oyunu ehtiyat oyunçular skamyasından izləyən komanda yoldaşı Stefen Karri emosiyalarını saxlaya bilməyərək əyləşdiyi kreslodan yerə yıxılıb.
Gərgin keçən qarşılaşma "Qolden Steyt Uorriors"un 88:87 hesablı qələbəsi ilə başa çatıb. Draymond Qrin matçı 9 xal (ümumi atışlar 3/7, üçxallıqlar 3/6), 6 ribaund və 3 məhsuldar ötürmə ilə tamamlayıb. O, həmçinin 3 top itkisinə yol verib.


