"İnter"in baş məşqçisi Kristian Kivu A Seriyasının 12-ci turunda "Atalanta" ilə 4:4 hesablı heç-heçə barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Kivu komandasının bu qarşılaşmada yetərincə diqqətli olmadığını bildirib: "Oyunun idarə olunmasında daha yaxşı çıxış edə bilərdik. İki top fərqi ilə önə keçsək də, yetkinlik sınağından uğursuz çıxdıq. Öz səhlənkarlığımız nəticəsində iki xal itirdik. 'Atalanta'nı təbrik edirəm, onlar bizə ciddi problemlər yaratdılar və cərimə meydanımızda fəallıq göstərdilər. Müdafiədə epizodların xüsusiyyətini düzgün qiymətləndirmək lazımdır. Hər şey münasibət və qətiyyətdən asılıdır. Kənar xətlərdə çətinliklərimiz oldu, rəqibə çox boşluq verdik və bunu düzəltməyə çalışdıq. Bu qədər qol buraxmaq bizim kimi iddialı komanda üçün qəbuledilməzdir. Geri baxmaq istəmirəm, amma hamımız dərs çıxarmalıyıq ki, sona qədər mübarizə aparmaq vacibdir".