“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin komandasının “Liverpul”a 4:0 hesabı ilə uduzmasına kəskin reaksiya verib.
Offsideplus.az xəbər verir ki, irlandiyalı mütəxəssis komandanın çıxışını bərbad adlandırıb və azlıqda oynamağın belə bu hesabı normal qarşılamasına əsas vermədiyini bildirib.
“Mançester Yunayted” çox acınacaqlı təsir bağışladı. Hər şey çox pis idi. Nevill 4:0 hesabını normal hesab edir? Doğrudanmı, daha yaxşı oynaya bilməzdilər? 10 nəfərlə oynayanda 4:0 hesabı o qədər də pis deyil? Heç kim 10 nəfərlə nəticə əldə edə bilməyib? Əlbəttə, bunu etmək mümkündür! Klubda oynamış insanların 4:0 hesabının o qədər də pis olmadığını deməsi məni təəccübləndirir. Azarkeşlər futbolçuları alqışlayır. Nəyə görə? Belə bərbad oyuna görə? Artıq söyüş söymək istəyirəm”, – deyə Kin bildirib.


