Misli Premyer Liqasında XII tura "Kəpəz" - "Qarabağ" oyunu ilə yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, Gəncədə qarşılaşmaya maraq böyükdür. Oyunun bütün biletləri satılıb.
Görüş saat 17:00-da başlayacaq.
"Qarabağ" 19 xalla 5-ci, "Kəpəz" isə 17 xalla 6-cı yerdədir.
MPL, XII tur
22 noyabr (bazar)
17:00 “Kəpəz” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Tərlan Talıbzadə, Ruslan Quliyev
VAR: Əkbər Əhmədov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
Gəncə şəhər stadionu


