"Real Madrid" son dörd mövsümdə ilk dəfə ardıcıl doqquz oyunda qalib gəlib.

Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisi La Liqanın 13-cü turunda "Selta"nı 2:1 hesabı ilə məğlub edib. Bundan əvvəl komanda çempionatda beş, Çempionlar Liqasında isə üç qələbə qazanıb. Sonuncu dəfə belə bir seriya 2022/23 mövsümünün əvvəlində qeydə alınıb. Həmin vaxt "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti idi və komanda ardıcıl doqquz oyunda qalib gəlmişdi. Əgər 2021/22 mövsümünün son oyununu da nəzərə alsaq, bu seriya on oyuna çatmışdı.