Yarı ağır çəki döyüşçüləri Jiri Proxazka və Navajo Stirling UFC Qatar turnirinin əsas qarşılaşmasında üz-üzə gəliblər.
Offsideplus.az xəbər verir ki, qarşılaşmanın ilk raundunda tərəflər ehtiyatlı çıxış edib, əsasən məsafə və temp axtarışında olublar. Proxazka rəqibinin ayaqlarına zərbələr endirib, Stirling isə vaxtaşırı güclü zərbələr yoxlayıb. Raundun son dəqiqəsində Proxazka Stirlingi yerə yıxsa da, döyüşü ayaqüstə davam etdirməyə üstünlük verib. Raundun sonunda Proxazka aşağı zərbə alsa da, hakim ona bərpa üçün vaxt təklif edib.
İkinci raunda Proxazka fasiləsiz başlayıb. Stirling keçmiş çempionun ön ayağını zərbələrlə cəzalandırıb, daha sonra klinçdə üstünlük əldə etməyə çalışıb. Raundun ortasında Proxazka bir neçə ardıcıl zərbə ilə fəallaşıb. Lakin Stirling qəfəsin yanında sağ əli ilə Proxazkanı tutub və ardıcıl zərbələrlə döyüşü erkən başa vurub. Hakim döyüşü ikinci raundun 4:58-ci dəqiqəsində dayandırıb. Bu qələbə ilə Navajo Stirling məğlubiyyətsiz seriyasını 12-0-a çatdırıb və dördüncü dəfə ardıcıl döyüşünü erkən bitirib.
Rəsmi nəticə: Navajo Stirling Jiri Proxazkanı nokautla məğlub edib (yumruq), 2-ci raund, 4:58.


