Rusiyanın sabiq baş məşqçisi Leonid Slutskinin 'İdman səsi' mükafatında 'Ən yaxşı reportaj' nominasiyasında qalib olması ilə bağlı fikirləri açıqlanıb.

Offsideplus.az xəbər verir ki, Slutskinin sözlərinə görə, bu cür mükafatlar alanda özünü bir qədər qəribə hiss edir: "Dəfələrlə demişəm, yenə təkrar edirəm: özümü sanki burada yersiz hiss edirəm. Mən bu mükafatları almaq üçün xüsusi səy göstərmirəm. Amma jurnalistlər üçün bu, həyatlarının işi və peşəkar tanınmadır. Ona görə də həmişə bir az narahat oluram".

O, indiyədək dörd dəfə bu cür mükafata layiq görüldüyünü bildirib: "2018-ci ildə Dünya Çempionatında, 2021-ci ildə Avropa Çempionatında və 'El-Klasiko'da Rəman Qutsaytla birgə işimizə görə 'Qızıl mikrofon' almışam. İndi isə Denis Kazanski ilə birgə dördüncü dəfə bu mükafata layiq görüldüm".

Slutski hazırda Okko platformasında müntəzəm olaraq Çempionlar Liqasının oyunlarını şərh etdiyini vurğulayıb: "Mənim üstünlüyüm ondadır ki, istədiyim qarşılaşmanı seçə bilirəm. Artıq iki dəfə 'PSJ', bir dəfə 'Barselona' və 'Mançester Siti'nin oyunlarını şərh etmişəm. Bunlar möhtəşəm qarşılaşmalar idi. Baxmayaraq ki, peşəkar şərhçi deyiləm, kifayət qədər çox oyun şərh edirəm".

Slutski ən çox hansı komandanın oyununu şərh etmək istədiyini də açıqlayıb: "Çempionlar Liqasında yalnız 'Real Madrid' qalıb. İstərdim ki, onların oyununu şərh edim".