Azərbaycanlı döyüşçü Tahir Abdullayev UFC-də növbəti döyüşünə çıxıb.

Offsideplus.az xəbər verir ki, Qətərdə keçirilən turnirdə təmsilçimiz gecənin ilkin kartında yarımorta çəki dərəcəsində avstraliyalı Ceyk Metyusla üz-üzə gəlib.

Üç raund davam edən döyüşün sonunda hakimlər yekdilliklə Abdullayevi qalib elan edib.

Hakimlərdən ikisi görüşü 30:27, digəri isə 29:28 hesabı ilə azərbaycanlı döyüşçünün xeyrinə qiymətləndirib.

Qeyd edək ki, Abdullayev UFC-də debütünü 2026-cı ilin iyununda Bakıda keçirilən turnirdə edib və braziliyalı Cefferson Nasimentoya qalib gəlib.