Azərbaycan tarixində ilk dəfə 20 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatını qəbul edəcək.
Offsideplus.az xəbər verir ki, müvafiq qərar dünən Almaniyanın Hamburq şəhərində baş tutan FIBA Avropa İdarə Heyətinin toplantısında verilib.
İclas zamanı 2027-ci ildə gənclər arasında təşkil olunacaq qitə birinciliklərinin keçiriləcəyi şəhərlər rəsmiləşib. Təsdiqlənmiş qərara uyğun olaraq, U-20 oğlanlar arasında Avropa çempionatının B divizionunun qarşılaşmaları 2027-ci il iyulun 9-dan 18-dək Bakıda baş tutacaq.


