NFL-in sabiq ulduzu Tom Bredi "Çelsi" klubunun azlıq səhmlərini satın alıb.
Offsideplus.az xəbər verir ki, yeddiqat "Super Bowl" qalibi bundan sonra "Clearlake Capital" şirkətində əməliyyat üzrə məsləhətçi kimi fəaliyyət göstərəcək.
Həmin şirkət "Çelsi"nin 86,5 faiz səhminə sahibdir. Lakin Tom Bredi klubda səsvermə hüququna malik olmayacaq.
Qeyd edək ki, 49 yaşlı Bredi noyabr ayında London klubuna investisiya planları ilə əlaqədar "Birmingem"dən ayrılıb.
O, "Clearlake Capital" şirkətinin həmtəsisçisi Behdad Eqbali ilə yaxşı münasibətlərə malikdir.


