Niderlandlı müdafiəçi Vircil van Deyk "Liverpul"dakı gələcəyi barədə danışıb.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı futbolçunun İngiltərə klubu ilə müqaviləsi yayda başa çatacaq. Van Deyk bildirib ki, özünü yaxşı hiss edir və hələ uzun illər oynaya biləcəyini düşünür:
"Əsas odur ki, özümü yaxşı hiss edirəm, öz qayğıma qalıram və fikrimcə, hələ bir neçə il futbol oynaya bilərəm. Mövsüm bitəndən sonra nə olacağını görəcəyik. Kim desə ki, gələn mövsüm harada oynayacağımı bilir, bu, həqiqət deyil. Mən də bunu bilmirəm. Amma sakitəm, çünki yalnız nəzarət edə bildiyim şeylərə fokuslanıram. Hazırda diqqətim yalnız "Mançester Yunayted"lə oyundadır. Sonra Çempionlar Liqasına köklənəcəyik, gələn il nə baş verəcəyini isə zaman göstərəcək. Bu illər ərzində "Liverpul" mənim həyatımın böyük bir hissəsinə çevrilib. Yayda "Liverpul"a keçidimin demək olar ki, on ili tamam olacaq. Burada baş verən hər şey üçün daim minnətdar olacağam. Əgər müqavilə uzadılsa, davam edəcəyik. Əks halda, yayda vidalaşmalı olacağam".


