Noyabrın 22-də Misli Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək “Kəpəz” – “Qarabağ” oyununun bütün biletləri satılıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun yaydığı məlumatda bildirilib.

15,363 tamaşaçı tutumuna malik Gəncə şəhər stadionunda keçiriləcək qarşılaşmada mövsümün tamaşaçı sayına görə rekordunun qeydə alınacağı gözlənilir.

Hazırda nə onlayn platformada, nə də fiziki kassalarda bilet qalıb. Bununla əlaqədar olaraq, stadionun kassaları qarşıdakı günlərdə fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, “Kəpəz” – “Qarabağ” görüşü noyabrın 22-də saat 17:00-da başlayacaq.