İngiltərəli sabiq hücumçu Troy Dini "Mançester Yunayted"in forvardı Brayan Mbemonun davranışını tənqid edib.
Offsideplus.az xəbər verir ki, Mbemo yeni baş məşqçi Maurisio Poçettinonun ilk məşqindən əvvəl gec saatlara qədər GTA VI oyunu oynayıb və bunun görüntüsünü sosial şəbəkədə paylaşıb. O, oyunun yüklənmə ekranının şəklini "Tarixi an" qeydi ilə yayımlayıb. 27 yaşlı Kamerun millisinin üzvünün nə qədər müddət oynadığı məlum deyil.
Talksport jurnalisti Aleks Kruk bu addımı belə şərh edib: "Onun neçə yaşı var, 15? Ümumiyyətlə, bunu niyə nümayiş etdirmək lazımdır? Poçettino onu heyətə salmamalıdır".
Dini isə bu fikirlərlə razılaşıb:
"Kruk, səninlə razıyam: belə şeyləri nümayiş etdirmək olmaz, həqiqətən də olmaz. Heç kim bilməməlidir ki, sən onlayn oyun oynayırsan. Bu, çox pis nümunədir. Əgər mən məşqçi və ya kapitan olsaydım, deyərdim: 'Görək, nə bacarırsan. Bu gün səni bir az əziyyətə salacağıq, əgər yorulsan və ya zədə alsan, bunu hamıya bildirəcəyəm. Burada müəyyən standartlar var və sən onlara uyğun deyilsən'".


