İtaliya millisinin sabiq futbolçusu Canfranko Zola yığmanın hazırkı oyun səviyyəsi və UEFA Millətlər Liqasının 6-cı turunda Belçikaya 1:4 hesablı məğlubiyyətlə turnirdən kənarda qalması barədə danışıb.

Offsideplus.az xəbər verir ki, veteran hücumçu məğlubiyyətə baxmayaraq, komandada gənc və perspektivli oyunçuların olduğunu vurğulayıb:

"Ağrılı olan son oyunu nəzərə almasaq, yaxşı oyun səviyyəsini və bu mühitdə inkişaf edə biləcək maraqlı gənc futbolçuları görmək mümkündür. Lakin anlamalıyıq ki, keyfiyyət baxımından bizi üstələyən komandalar var. Biz rəqabətədavamlıyıq, amma həqiqətən fərqlənən oyunçular yetişdirmək üçün çox çalışmalıyıq. Nəticə etibarilə Belçika ilə aramızdakı fərq cəmi iki-üç futbolçudan ibarət idi, amma məhz bu keyfiyyət fərqi bizə ciddi ziyan vurdu".