"Qalatasaray"ın və Rusiya millisinin yarımmüdafiəçisi Aleksey Batraqov Grand Theft Auto VI oyununu oynadığını bildirib.

Offsideplus.az xəbər verir ki, futbolçu şəxsi teleqram kanalında monitor qarşısında çəkilmiş fotosunu paylaşaraq "Bir saatlıq itdik" sözlərini yazıb.

Qeyd edək ki, Grand Theft Auto VI oyunu 19 noyabr tarixində PlayStation 5 və Xbox Series konsolları üçün satışa çıxarılıb.