“Arsenal” “Atletiko Madrid”in hücumçusu Xulian Alvaresin transferi ilə bağlı futbolçu və onun nümayəndələri ilə danışıqları yenidən başladıb.
Offsideplus.az xəbər verir ki, London klubu birbaşa danışıqlar aparmaq üçün Madridə nümayəndələrini göndərib. Yanvar transfer pəncərəsində argentinalı futbolçunun transferi də nəzərdən keçirilir.
“Arsenal”ın baş məşqçisi Mikel Arteta Alvaresi Viktor Gyökeresə alternativ kimi görür. “Atletiko Madrid”in isə futbolçunun xarici kluba keçidinə mane olmaya biləcəyi bildirilir.


