"PSJ" bir neçə futbolçusu ilə yeni müqavilə imzalamağı nəzərdə tutur.
Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi qapıçı Matvey Safonov, cinah oyunçuları Xviça Kvaraçxeliya və Dezriye Due, həmçinin hücumçu Usman Dembele ilə yeni müqavilə bağlamaq niyyətindədir. Hazırda Safonov, Due və Kvaraçxeliyanın "PSJ" ilə müqavilələri 2029-cu ilə, Dembele ilə isə 2028-ci ilə qədər qüvvədədir.


