NBA-nın sabiq ulduzu Kevin Qarnett müasir basketbolçuların fiziki hazırlığını kəskin tənqid edib. O, hesab edir ki, indiki oyunçular tam 82 oyunluq mövsümün gərginliyinə tab gətirəcək səviyyədə məşq etmirlər.

Offsideplus.az xəbər verir ki, Qarnett bu barədə belə danışıb: "Düşünürəm, indi tamamilə fərqli bir liqaya şahidlik edirik. Artıq əvvəlki idmançılar, əvvəlki oyunçular yoxdur. Onlar yalnız meydana çıxıb bir neçə şüt atmaq üçün məşq edirlər, lakin fiziki hazırlıqları bütün mövsüm – yəni 82 oyunun hamısını oynamağa imkan vermir. Başa düşürsünüz, nə demək istədiyimi? İndi oyunçular ardıcıl iki gün oyun olarsa, matçı buraxırlar. Halbuki bu, dözümlülük məsələsidir, qardaş. Bədənin belə yüklənməyə hazır olmalıdır, amma indi heç kim bu cür məşq etmir. Bu, həddindən artıq çətindir. Mənim əsas qaydalarımdan biri budur: birinin nə qədər əziyyət çəkdiyini bilmək istəyirsənsə, ona çoxlu pul ver və bax, gör hələ də eyni səylə çalışırmı. Burada fərqli səviyyələr var, qardaş. Məni bu uşaqlardan heç biri ilə müqayisə etməyə cəsarət etməyin." Qarnett bu fikirləri Stiven Ey Smitlə birgə podkastda səsləndirib.