Keçmiş iki çəki dərəcəsində UFC çempionu Daniel Kormye Con Consun tənqidinə cavab verib və Coş Hokiti müdafiə edib.

Offsideplus.az xəbər verir ki, Kormye Consun məğlub olan döyüşçülərə qarşı münasibətini düzgün saymadığını bildirib: "Cons adətən onun haqqında mənfi danışanlara, məğlub olduqdan sonra hücum etməyi sevir. Buna baxmaq mənim üçün çətindir. Döyüşün nəticəsindən asılı olmayaraq, Coşun bu qarşılaşmada göstərdiyi performansı tərifləməmək mümkün deyil. İstər Hokiti sevin, istərsə də ona qarşı neqativ münasibətiniz olsun, onun döyüşdüyü kimi döyüşə hörmət etməlisiniz".

Qeyd edək ki, Coş Hokit 15 noyabrda keçirilən UFC 334 turnirində Siril Qana qarşı döyüşüb və hakimlərin yekdil qərarı ilə uduzub. Con Cons isə sosial şəbəkədə bildirib: "Mənim haqqımda mənfi danışan hər bir döyüşçü növbəti qarşılaşmasında məğlub olur".