"Finiks Sans"ın müdafiəçisi Ceylen Qrin mümkün transferi ilə bağlı yayılan şayiələrə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı basketbolçu bu barədə belə deyib: "Mənə fərqi yoxdur. Aydındır ki, belə şayiələr həmişə olur. Amma mən yalnız daha yaxşı olmağa və oyunları qazanmağa köklənmişəm".
Qrin həmçinin adının transfer şayiələrində hallanması ilə bağlı klub rəhbərliyi ilə heç bir müzakirə aparmadığını qeyd edib: "Xeyr, bu barədə danışmağa ehtiyac yoxdur".
Cari mövsümdə Ceylen Qrin orta hesabla 12,4 xal, 3,6 ribaund və 3,2 assist göstərir. O, meydançada orta hesabla 26,9 dəqiqə keçirir.


