UFC-nin ağır çəki üzrə çempionu Siril Qanın məşqçisi Fernand Lopes təşkilatın bu çəki dərəcəsindəki gələcək planları barədə danışıb.
Offsideplus.az xəbər verir ki, Lopes UFC-nin Qan və Coş Hokitin revanş döyüşünü keçirmək istədiyini, lakin bu məsələdə çətinliklə üzləşdiyini bildirib.
Onun sözlərinə görə, təşkilat Tom Aspinalla da vəd verib və indi seçim qarşısındadır: ya Hokit, ya da Aspinall. Lopes əlavə edib ki, Sergey Pavloviç və Aleks Pereyra isə ikinci planda olan variantlardır.
Qeyd edək ki, Siril Qan və Coş Hokit 15 noyabrda UFC 334 turnirində qarşılaşıb və Qan hakimlərin yekdil qərarı ilə qalib gəlib.


