Rusiyalı sabiq hücumçu Aleksandr Kokorin Birləşmiş Ərəb Əmirliklərində keçirilən basketbol oyununda Pep Qvardiola ilə bir araya gəlib.
Offsideplus.az xəbər verir ki, Kokorin "Mançester Siti", "Barselona" və "Bavariya Münhen"in sabiq baş məşqçisi ilə Dubayda keçirilən "Dubay" – "Anadolu Efes" qarşılaşmasında görüşüb. Oyun 80:75 hesabı ilə Dubay təmsilçisinin xeyrinə başa çatıb. Dubay klubu Kokorinə üzərində soyadının yazıldığı forma hədiyyə edib. Aleksandr Kokorin görüşdən foto və videolar paylaşaraq "Axşam üçün təşəkkürlər, irəli, Dubay" sözlərini qeyd edib.


