İtaliya millisinin sabiq kapitanı Corco Kellini yığmada baş verən müsbət dəyişikliklərdən danışıb.
Offsideplus.az xəbər verir ki, Kellini hazırkı mövsümdə Millətlər Liqasının qrup mərhələsində İtaliyanın 10 xal topladığını və Belçika, Fransa, Türkiyə ilə eyni qrupda üçüncü yeri tutduğunu xatırladıb.
"Əlbəttə, son oyunlara baxdım. Məncə, bu proses gözləniləndən daha sürətli gedir. Romada Belçikaya 0:2 hesabı ilə uduzduqdan sonra komanda xeyli irəliləyiş göstərdi. Qısa müddətdə bu səviyyədə iki oyun keçirmək asan deyil. İlk iki ayı müsbət qiymətləndirirəm, artıq tunelin sonunda işıq görünür. Qarşıda hələ çətin yol var, bu isə səbir, güc və qətiyyət tələb edir. Amma düşünürəm ki, bizim ümumi borcumuz bu yenilənməni və onu həyata keçirən insanları dəstəkləməkdir", – deyə Kellini bildirib.


