"Real Madrid"in sabiq hücumçusu Predraq Miyatoviç Vinisius Juniorun gələcəyi barədə danışıb.

Offsideplus.az xəbər verir ki, Miyatoviç braziliyalı futbolçunun mövsümün sonunda komandanın əsas fiquru olmaması və titul qazanılmaması halında "Real Madrid"in onun transferi ilə bağlı bütün təklifləri nəzərdən keçirəcəyini bildirib.

"Əgər mövsüm uğurla başa çatsa – məsələn, La Liqa və ya Çempionlar Liqasında qələbə qazanılsa və Vinisius həlledici oyunçu kimi çıxış etsə, onu satmaq fikri olmayacaq. Əks halda, klub bütün təklifləri dəyərləndirəcək. Bu yay iki çox ciddi təklif daxil olmuşdu", – deyə Miyatoviç vurğulayıb.

Qeyd edək ki, yay transfer pəncərəsində Vinisius Juniora "Arsenal"ın maraq göstərdiyi bildirilirdi.