Braziliyalı idmançı Virna Yandiroba UFC ilə yollarını ayırdığını bildirib. O, bu qərarın onun üçün gözlənilməz olduğunu deyib və təşkilatda sabitliyin olmadığını vurğulayıb.
Offsideplus.az xəbər verir ki, Yandiroba ötən ilin oktyabrında vakant titul uğrunda Makkenzi Dernə uduzub. Bu ilin aprelində isə o, Tabata Ritchi üzərində yekdillik qərarı ilə qələbə qazanıb. Sonuncu dəfə isə UFC Fight Night-da Tatyana Suaresə hakimlərin qərarı ilə məğlub olub.


