Formula 1 üzrə yeddiqat dünya çempionu, hazırda "Ferrari" komandasında çıxış edən Lüis Hemilton uşaqlıq illərində futbolla məşğul olduğunu və bu idman növündən niyə uzaqlaşdığını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, mərkəz yarımmüdafiəçisi mövqeyində oynayan britaniyalı pilot 16 yaşında mümkün zədə səbəbindən avtoidman karyerasını riskə atmamaq üçün futbolu tərk etmək qərarına gəlib:

"16 yaşımda futbol oynamağı dayandırdım, çünki həmin dövrdə uşaqlar artıq kifayət qədər aqressiv oynayırdılar. Mən isə artıq yarışlarla məşğul idim və kartinqdən avtomobil yarışlarına keçid edirdim. Başa düşürdüm ki, futbol zamanı zədə alsam, yarışlarda iştirak edə bilməyəcəyəm. Nəticədə, futbolu buraxmaq qərarına gəldim".