"Nyu-York Niks" səfərdə "Toronto Reptors" üzərində 111:102 hesabı ilə qələbə qazanıb. Komandanın lideri Ceylen Branson bu qarşılaşmada ən məhsuldar oyunçu olub.

Offsideplus.az xəbər verir ki, Branson 34 dəqiqə meydanda qalıb və 31 xal, 5 ribaund, 5 assist, 1 blokşutla yadda qalıb. O, 22 atışdan 10-nu dəqiq yerinə yetirib, 11 üçlükdən 4-nü səbətə göndərib və 7 cərimə atışının hamısını dəqiq icra edib. Bu nəticə ilə Branson mövsümdə 30 və daha çox xal topladığı oyunların sayını 5-ə çatdırıb və bu göstəricidə Devin Buker, Camal Myurrey və Ceyson Teytumla eyni səviyyədə qərarlaşıb.