PSJ və Rusiya millisinin qapıçısı Matvey Safonov futbolçu karyerasını başa vurduqdan sonra məşqçi kimi uğur qazanacağına inanır.
Offsideplus.az xəbər verir ki, Safonov hazırda toplanışda qapıçılarla işləməyin maraqlı olduğunu bildirib. "Mənim futbola baxışım var. Əgər bu baxışa təsir etmək imkanı verilirsə, bu, mənim üçün xoşdur. Uşaqlarla danışdım, məşq onlara maraqlı gəldi. Məşqçi kimi daha çox məsləhətlər verirdim. Gələcəkdə məşqçi olmaq istərdimmi? Bu, futboldan bezib-bezməməyimdən asılı olacaq. Əgər məşqçi olsam, yaxşı məşqçi olaram", – deyə Safonov vurğulayıb.


