“Barselona” 18 yaşlı Həmzə Əbdülkərimin mövsümün sonunadək komandada qalmasına qərar verib.
Offsideplus.az xəbər verir ki, futbolçunun yanvar ayında transferinə yaşıl işıq yandırılmayacaq.
Gənc hücumçunun mövsümün qalan hissəsində əsas komanda ilə gənclər kollektivi arasında çıxış edəcəyi gözlənilir. Yayda isə onun icarəyə göndərilməsi məsələsinə baxıla bilər.
İtaliya, Almaniya və İngiltərə klublarının futbolçuya maraq göstərməsi fonunda Kataloniya təmsilçisi onun sərbəstqalma məbləğini də 15 milyon avrodan 150 milyon avroya yüksəldib.


