“Barselona”nın müdafiəçi transferi ilə bağlı planları fərqlidir.
Offsideplus.az xəbər verir ki, Hans-Diter Flik “Barselona”nın müdafiə xəttini gücləndirmək üçün əsas namizəd kimi Niko Şlotterbeki müəyyənləşdirib. Klubun idman direktoru Deku isə Alessandro Bastoninin transferinə üstünlük verir.
Lakin futbolçulardan biri komandadan ayrılmayacağı təqdirdə, bu transferlərdən hər hansı birinin yanvarda reallaşması real görünmür. Buna görə də Deku daha münasib qiymətə başa gələcək alternativləri nəzərdən keçirir.
Neytan da əsas alternativlərdən biri hesab olunur. Bununla belə, Flik yanvar ayında mütləq mərkəz müdafiəçisi transfer etmək niyyətindədir.



