"Mançester Siti" yayda hücumçusu Erlinq Haalandın komandadan ayrılmağına hazırlaşır.

Offsideplus.az "El Nacional"a istinadən xəbər verir ki, İngiltərə klubu 26 yaşlı forvardın mövsümün sonunda gedəcəyini gözləyir.

"Şəhərlilər" norveçli ulduzun satışından təxminən 175 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Kluba tətbiq oluna biləcək mümkün sanksiyalar fonunda PSJ, "Liverpul", "Barselona" və "Real" (Madrid) Haalandla yaxından maraqlanır.

"Mançester Siti" artıq hücumçuya əvəzləyici axtarışına başlayıb.

Əsas namizədlər arasında "Brentford"dan İqor Tiaqo və transfer dəyəri 75 milyon avro qiymətləndirilən "Qalatasaray"ın forvardı Viktor Osimhen yer alır.