Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında yeniyetmə qızlar (U-15, U-17) arasında qadın güləşi üzrə açıq turnir keçirilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə baş tutan yarışda Azərbaycanla yanaşı Rusiya, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan 100-ə yaxın idmançı mübarizə aparıb.

Turnirdə qızıl medal qazanan güləşçilərin siyahısını təqdim edirik:

U-15 yaş qrupu:

33 kq: Jazira Alimbekova (Qırğızıstan)

36 kq: Kanıkey Anarbekova (Qırğızıstan)

39 kq: Milana Masırbayeva (Qırğızıstan)

42 kq: Janel Tastan (Qazaxıstan)

46 kq: Sabina Kadirova (Qırğızıstan)

50 kq: Leyla Əsgərova (Azərbaycan)

54 kq: Sumaya Taalaybekova (Qırğızıstan)

58 kq: Yağmur Məlikli (Azərbaycan)

62 kq: Zərifə Əlizadə (Azərbaycan)

69 kq: Şerali Kauşar (Qazaxıstan)

U-17 yaş qrupu:

40 kq: Ülviyyə Musayeva (Azərbaycan)

43 kq: Aişma Talqatqızı (Qazaxıstan)

46 kq: Vəfa Orucova (Azərbaycan)

49 kq: Məryəm Hacıyeva (Azərbaycan)

53 kq: Günel Kərimli (Azərbaycan)

57 kq: Məryəm Əmrəli (Azərbaycan)

61 kq: Ayizar Umirzak (Qazaxıstan)

65 kq: Rəna Nuriyeva (Azərbaycan)

69 kq: Simurə Abdullayeva (Azərbaycan)

Turnirin keçirilməsində əsas məqsəd ölkədə qadın güləşini populyarlaşdırmaq, yeniyetmə idmançıların yarış təcrübəsini artırmaq və beynəlxalq idman əlaqələrini möhkəmləndirmək olub.