Azərbaycan Güləş Federasiyasında (AGF) Güləş İrsi və İcması Komitəsinin növbəti iclası keçirilib.

Offsideplus.az xəbər verir ki, komitə üzvləri, federasiya rəsmiləri və tanınmış güləş veteranlarının iştirak etdiyi görüşdə Azərbaycan güləşinin tarixi irsinin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində görüləcək işlər müzakirə olunub.

İclasın əsas mövzusu Azərbaycan güləşinin tarixini əks etdirən kitabın hazırlanması olub. Nəşrin məzmunu və əhatə dairəsi ilə bağlı ilkin təkliflər dinlənilib. Bildirilib ki, bu kitab ölkə güləşinin keçdiyi yolu, görkəmli idmançı və məşqçilərin xidmətlərini, həmçinin qazanılan nailiyyətləri sistemli şəkildə əks etdirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Sonda səsləndirilən təkliflərin gələcək fəaliyyət planında nəzərə alınması və layihə ətrafında müzakirələrin davam etdirilməsi qərara alınıb.