UFC döyüşçüsü Paddi Pimblett növbəti qarşılaşmasını İliya Topuriya ilə keçirmək istədiyini bildirib.

Offsideplus.az xəbər verir ki, Pimblett hazırda divizionda vəziyyətin qeyri-müəyyən olduğunu qeyd edib. O deyib: "Hazırda divizionda vəziyyət bir qədər qarışıqdır. Kəmər Castindadır, o, yanvarda məni məğlub edib, amma heç kim bilmir, o, döyüşməyə davam edəcək, yoxsa karyerasını bitirəcək. Onun gələcəyi aydınlaşana qədər gözləmək lazımdır. Hamı mənim onunla döyüşümü görmək istəyir. Eyni zamanda, mən İliya ilə də böyük məmnuniyyətlə qarşılaşardım. Hətta onu rinqdən təqaüdə göndərmək istərdim."

Qeyd edək ki, daha əvvəl İliya Topuriyanın növbəti döyüşünü 2027-ci ilin ilk yarısında keçirə biləcəyi bildirilmişdi. Dana Uayt isə Topuriyanın 2027-ci ilin əvvəlində qayıdacağını və bu istiqamətdə iş aparıldığını vurğulayıb.