Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti yığmadakı işin təkmilləşdirilməsinin vacibliyindən danışıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis son yoxlama oyununda Yaponiyaya 2:3 hesabı ilə uduzduqdan sonra fikirlərini bölüşüb:

"Bu, yeni layihədir. Hazırda gördüyümüz işlər xoşuma gəlir, amma məncə, bu kifayət deyil. Daha çox çalışmalıyam və bunu edəcəyəm. Burada olmaqdan, milli komanda ilə işləməkdən zövq alıram, lakin daha yaxşı olmalıyam. Komandanın yenidən rəqabətədavamlı olması üçün daha çox səy göstərməliyəm. Son illərdə həqiqətən rəqabətədavamlı deyildik. Burada olmaqdan məmnunam və bu yığmanın dünyanın ən rəqabətədavamlı komandası olması üçün əlimdən gələni edəcəyəm".