İtaliya millisinin yarımmüdafiəçisi Nikolo Barella komandanın çıxışı barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Barella Millətlər Liqasında Belçikaya 1:4 hesabı ilə uduzduqları oyundan sonra bunları deyib:
"Ən çox ilk oyuna (0:2) görə təəssüflənirik, bu gün isə rəqib sadəcə daha güclü idi. İlk qarşılaşmada daha yaxşı oynaya bilərdik, amma bu, yeni yolun başlanğıcı idi. Bu məğlubiyyət ağrılıdır, lakin bütün bu proses ərzində biz qarşıya qoyulan məqsədləri yerinə yetirə biləcəyimizi sübut etdik. Yeni oyunçular komandaya təravət gətirir, həmçinin uzun müddətdir heyətdə olanlar da eyni enerjini verir – məhz bu, bizə bəzən çatmırdı. Hamımız dörddəbir finala çıxmaq istəyirdik, amma indi diqqəti itirmək olmaz, əvvəlki həvəsimizi yenidən tapmalıyıq".


