Almaniya millisinin və "Bayern Münhen"in futbolçusu Camal Musiala uzun fasilədən sonra yenidən meydana çıxmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, o, artıq on gündür əsas heyət ilə məşqlərə qoşulub.
Baş məşqçi Vensan Kompani futbolçunun qayıdışına icazə verib.
Musialanın bu həftə əlavə problem yaşamazsa, cümə günü "Köln"lə oyunda iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, 23 yaşlı futbolçu 18 sentyabrdan bəri Almaniya millisinin düşərgəsində aldığı bud əzələsi zədəsinə görə meydana çıxmırdı.


