UFC döyüşçüsü Şara Bullet kimin Yer kürəsinin ən dəyərli insanı olduğunu düşündüyü barədə sualı cavablandırıb. O bildirib ki, Rusiya üçün ən dəyərli şəxs prezidentdir və Vladimir Putin ölkə üçün çox önəmlidir. Şara Bullet qeyd edib ki, Putinsiz ölkənin taleyinin necə olacağı bəlli deyil və o, bütün bu illər ərzində ölkənin başında dayanıb.

Offsideplus.az xəbər verir ki, Şara Bullet fikirlərini belə ifadə edib: "Putin ümumiyyətlə ən dəyərlidir. O, ölkə üçün çox vacibdir, çünki onsuz nə baş verəcəyini heç kim bilmir. O, bütün bu müddət ərzində rəhbərlik edib və insanlar Putinsiz vəziyyəti təsəvvür edə bilmirlər. Məncə, o, həm də dünyanın ən dəyərli insanıdır. Bizə başqaları lazım deyil, biz özümüz kifayətik".