UFC 334-də Kevin Hollandla qarşılaşan serbiyalı döyüşçü Uroş Mediç qələbəyə çox yaxın olsa da, qadağan olunmuş zərbələrə görə xalının silinməsi ucbatından görüşün heç-heçə bitməsindən təəssüflənib.

Offsideplus.az xəbər verir ki, idmançı döyüşdən sonra səhvlərinin nəticəyə birbaşa təsir etdiyini bildirib:

"Döyüşə yenidən baxmalıyam. Məncə, görüşü udmuşdum, lakin səhvlərim və xal itkisi ucbatından heç-heçə qeydə alındı. Son raundda Hollandı az qala nokauta salacaqdım. Bir az daha diqqətli olsaydım, ya nokautla, ya da hakimlərin qərarı ilə qalib gələcəkdim".

Karyerasında ilk dəfə belə bir cəza ilə üzləşdiyini deyən Mediç zədələrə baxmayaraq inkişaf etdiyini vurğulayıb:

"Holland güclü rəqibdir, onu məğlub etmək asan deyil, amma bu döyüşdə səviyyəmi sübut etdim. Gələcəkdə reytinq cədvəlində yer alan daha güclü rəqiblərlə qarşılaşmaq və titul yolunda irəliləmək istəyirəm".